AZ

İtaliya Fələstin dövlətinin yaradılmasını dəstəkləməyə hazır olduğunu bəyan edib

Bakı. Trend:

İtaliya Fələstin dövlətinin yaradılması üçün dəstəyini ifadəedib və bu prosesi dəstəkləməyə hazır olduğunu bəyan edib.

“İtaliya vahid Fələstin dövlətinin qurulması üçün dəstək olmağahazırdır”.

Trend-inməlumatına görə, bunu İtaliya Baş nazirinin müavini, xarici işlərvə beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

“Hazırda Qəzzada və İordan çayının qərb sahilində fərqliidarəetmə mexanizmləri mövcuddur. Buna görə də Fələstində vahididarəçilik yoxdur. İtaliya İsraili tanıyan və İsrail tərəfindəntanınan Fələstin dövlətinin qurulması üçün BMT vasitəsilə qoşungöndərməyə hazırdır”, - deyə Baş nazirin müavini qeyd edib.

Antonio Tayani Livandakı gərginliyin artma riskinin yüksəkolduğunu deyərək mülki şəxslərlə bağlı narahatlığını bildirib:“İtaliya həm Livanda, həm də Qəzzada atəşkəs üçün səyləriniəsirgəmir. Gərginliyi azaltmaq üçün diplomatik səylər davam edir.Fövqəladə vəziyyəti yaxından izləyirik, İtaliya vətəndaşlarınıdərhal bölgəni tərk etməyə çağırırıq”.

Seçilən
13
8
az.trend.az

10Mənbələr