AZ

Özbəkistanda rus dili qalmaqalı böyüyür - Moskva hərəkətə keçdi

Özbəkistanın Cizak şəhərində 1 saylı məktəbdə özbək dilini bilməyən rusdilli məktəblilər mütəmadi olaraq döyülür. 7-ci sinif şagirdləri qrup təşkil edərək Rusiyadan gələn əlil oğlanı döyüblər.

Publika.az xəbər verir ki, bu barədə ura.ru mənbəyə istinadən məlumat yayıb.

“Cizakın 1 saylı məktəbində 7-ci sinif şagirdləri qrup təşkil edib və özbək dilini bilməyən şagirdləri döyürlər. Bu, rus fənləri tədris olunan siniflərdə baş verir və tək belə hal deyil. Bir neçə gündən sonra həmin qrup Rusiyadan gəlmiş əlil uşağı da döyüb”, – mənbə qeyd edib.

O, həmçinin əlavə edib ki, məktəb rəhbərliyi bu faktları gizlətməyə çalışır. Döyülmüş şagirdin valideynlərinə susmaq üçün hədə-qorxu da gəliblər. Mənbə bildirib ki, əlil uşaq döyüldükdən sonra xəstəxanaya yerləşdirilib. Həkimlər ona beyin travması və çoxsaylı qançır xəsarəti diaqnozu qoyub.

Ura.ru-nun müxbiri Rusiyanın Özbəkistandakı səfirliyinə sorğu göndərib. Cavab gözlənilir.

Seçilən
16
publika.az

1Mənbələr