AZ

Naxçıvan təhsilində yeni pulyığma yeri - BUNUN BAŞQA ADI YOXDUR...

Naxçıvanın Təhsil Nazirliyi özünün ayrıca İmtahan Mərkəzini yaradıb. Bu haqda adı çəkilən nazirlik məlumat yayıb. Məlumata görə, mərkəz orta məktəblərdə ildə 6 dəfə ödənişsiz sınaq imtahanlarının keçirilməsini təşkil edəcək. Dia-az.Media xəbər verir ki, yerli təhsil nazirliyi hər dəfə sınaq imtahanlarının pulsuz keçirildiyini bildirsə də, valideynlər bunun əksini iddia edirlər. Məsələn, ötən il bildirilirdi ki, aşağı siniflər ayda bir, yuxarı siniflər isə, iki dəfə özəl kursların keçirdiyi pullu sınaq imtahanlarında iştiraka məcbur edilirlər. Pul ödəyib imtahana girməyənlərin isə, məktəbdən qovulmaqla hədələndikləri bildirilirdi. Pullu imtahan keçirən həmin özəl kursların hər imtahan üçün nazir Elxan Nəcəfova “hesab” ödədikləri iddia olunurdu.

Seçilən
18
dia-az.info

1Mənbələr