Bakının Xətai rayonunda işıqforda dayanan 3 avtomobil qəzaya uğrayıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə 8 noyabr prospektində baş verib.
Qəza nəticəsində “Chevrolet” markalı maşının sürücüsü 1977-ci il təvəllüdlü Anar Məmmədov hadisə yerində ölüb. “Ford” markalı avtomobilin
sürücüsü 1991-ci il təvəllüdlü Şabanəli Qurbanəliyev isə sol qol sümüyünün sınığı diaqnnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları qəza ilə bağlı avtotexniki ekspertiza təyin edib.