AZ

Daha bir ölkə Rusiya sərhədinə hasar çəkir

Norveç hakimiyyəti Rusiya ilə sərhəddə hasar çəkmə imkanını nəzərdən keçirir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin ədliyyə və ictimai təhlükəsizlik naziri Emili Enger Mehl bildirib.

O bildirib ki, sərhəd təhlükəsizliyinin gücləndirilməsi üçün hasarlama, sərhədçilərin sayının artırılması və nəzarətin gücləndirilməsi kimi bir neçə tədbir nəzərdən keçirilir.

Qeyd edək ki, Rusiya Federasiyası ilə Norveç arasında quru sərhədinin uzunluğu təqribən 200 km-dir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
13
2
milli.az

10Mənbələr