AZ

Şimali Koreya ölüm cəzası ilə cəzalandırılan cinayətlərin siyahısını genişləndirib

Bakı. Trend:

KXDR-in Ali Lideri Kim Çen Inın rejimi cinayət qanunvericiliyinədəyişiklik edərək ölüm cəzası nəzərdə tutulan cinayətlərinsiyahısını 11-dən 16-ya qədər genişləndirib.

Bu barədə Trend,Yonhap agentliyinə istinadən xəbər verir.

Ölüm cəzasını tələb edən yeni cinayətlərə aşağıdakılar daxildir:yeni məcəllələrə daxil edilmiş dövlət əleyhinə təbliğat vətəşviqat, qeyri-qanuni silah istehsalı və istifadəsi. Koreya MilliBirlik İnstitutunun hesabatına görə, 2022-ci ilin mayından 2023-cüilin dekabrına qədər qanunvericiliyə çoxsaylı düzəlişləredilib.

2020-ci ildə Cənubi Koreya mediasının istifadəsini vəyayılmasını cəzalandıran qanun qəbul edildi.

Seçilən
38
az.trend.az

1Mənbələr