AZ

Bayden: Ukrayna müharibədə qalib gələcək

ABŞ lideri Co Bayden Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyini bildirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, bu barədə X sosial şəbəkə səhifəsində yazıb.

"Ukrayna bu müharibədə qalib gələcək. ABŞ isə hər addımda onun yanında olmağa davam edəcək", - o qeyd edib.

Buna cavab olaraq Zelenski Baydenə, eləcə də Konqresdəki hər iki partiyaya və bütün amerikalılara Ukrayna və azadlığı dəstəkləməkdə göstərdikləri liderliyə görə təşəkkür edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
10
12
milli.az

10Mənbələr