AZ

Avtomobil piyadanı vuraraq öldürdü

Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1979-cu il təvəllüdlü Məmmədov Rauf Fəxrəddin oğlu yolda gedərkən avtomobil onu vurub.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./report

Seçilən
9
11
bakivaxti.az

10Mənbələr