Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.
Trend Vətən müharibəsinin sentyabrın 30-na olan xronikasınıtəqdim edir.
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevayaralı hərbçilərlə görüşüblər;
- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezidentİlham Əliyevə telefonla zəng edib;
- Cəbrayıl rayonu istiqamətində düşmənin döyüş texnikaları məhvedilib;
- Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib: 1 S-300sıradan çıxarılıb;
- Ermənistanın Tərtərə atəşi nəticəsində 7 mülki şəxs yaralanıb;
- Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriyazərbələri endirib;
- Müdafiə Nazirliyi düşmən qruplaşmasının mühasirəyə alındığınıaçıqlayıb;
- Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiəmövqelərini tərk edərək qaçıb;
- Səhər saatlarında məhv edilən düşmən hərbi texnikalarınınvideogörüntüləri yayılıb;
- Bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları dəqiqatəşlə məhv edilib;
- Tonaşendə düşmənin iki tankı məhv edilib;
- Baş Prokurorluq erməni təxribatı nəticəsində 14 mülki şəxsinöldüyünü, 46 nəfərin xəsarət aldığını açıqlayıb;
- Azərbaycan Ordusu düşmənin Füzuli istiqamətində yerləşən 4-cütaborunu ağır artilleriya atəşinə məruz qoyub;
- Ermənistanın Ağdərədə yerləşən qərargahına zərbə endirilib,düşmən xeyli itki verib;
- Ermənistan “Toçka-U” taktiki raket kompleksini tətbiq edib;
- Düşmənin daha səkkiz döyüş texnikası məhv edilib;
- Ermənilər Füzulinin yaşayış məntəqələrini atəşə tutub;
- Baş Prokurorluq ermənilərin Horadizə top mərmisi atdığını, 1mülki şəxsin həlak olduğunu, 3 nəfərin isə yaralandığını açıqlayıb;
- Düşmənin axşam saatlarına qədər döyüş texnikasının məhvedilməsinin görüntüləri yayılıb;
- Düşmən taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib;
- Düşmənə məxsus 8 “Qrad” yaylım atəşli reaktiv sistemi məhvedilib;
- Ermənilərin yaşayış məntəqəsini atəşə tutması nəticəsindəAğdamda 97 ev və obyekt dağıldı;
-