1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumata görə, hadisə Bəhrəmtəpə-Biləsuvar magistralında, Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Qəza nəticəsində 1995-ci il təvəllüdlü Kənan İslamov və anası, 1974-cü il təvəllüdlü Gülnarə İslamova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin tibbi yardımdan sonra onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.