AZ

Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasınıb VIIl turunda "Qarabağ" "Sabah"ı məğlub edib.

Oxu.Az-ın məlumatına görə, Ağdam təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.

"Köhlən atlar"ın heyətində 6-cı dəqiqədə Toral Bayramov, 8-ci dəqiqədə Nəriman Axundzadə, 17-ci dəqiqədə Kevin Medina fərqlənib. "Bayquşlar"ın qollarını 45+1-ci dəqiqədə Coy-
Lens Mikels, 51-ci dəqiqədə Pavol Şafranko vurublar.

Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. Paytaxt klubu 14 xalla 5-ci sıradadır.

Seçilən
7
18
demokrat.az

10Mənbələr