AZ

Azərbaycanda GÜCLÜ PARTLAYIŞ: sakinlər təxliyə edildi

Sumqayıt şəhərində yanğınla nəticələnən partlayış baş verib.

Turanpress.org xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Sakinlər binadan təxliyə edilib. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisəyə ilkin səbəb kimi qaz balonun partlaması göstərilir. Araşdırma aparılır. (Report) 

Seçilən
13
7
turanpress.com

10Mənbələr