AZ

Sumqayıtda partlayış baş verdi

Sumqayıtda yataqxanada baş verən partlayışdan sonra yanğın başlayıb.

Azreform.info APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Hadisə yerinə FHN-nin DYMX-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

Sakinlər binadan təxliyə edilib.

Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisəyə ilkin səbəb kimi qaz balonun partlaması göstərilir.

Fakt araşdırılır.

Seçilən
11
11
azreform.info

10Mənbələr