AZ

Premyer Liqa: "Neftçi" VIII turda da qələbə qazana bilməyib

\"Neftçi\" Azərbaycan Premyer Liqasının VIII turunda da qələbə qazana bilməyib.

\"Report\"un məlumatına görə, \"ağ-qaralar\" doğma meydanda \"Sumqayıt\"la üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. \"Gənclik şəhəri\" təmsilçisində 70-ci dəqiqədə Cordan Rezabala hesabı açıb. Meydan sahiblərində Yuri Matias 76-cı dəqiqədə tarazlığı bərpa edib.

Paytaxt klubu bu nəticədən sonra beş xalla 8-ci, qonaqlar yeddi xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk matçında \"Zirə\" \"Kəpəz\"i üç cavabsız qolla üstələyib. Ötən gün \"Araz-Naxçıvan\" \"Səbail\"i məğlub edib - 3:2. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.
Seçilən
5
11
azxeber.com

10Mənbələr