AZ

İsraildən "Hizbullah" lideri Nəsrullahın öldü iddiası

İsrailin Livanın paytaxtı Beyruta son hücumlarında hədəf aldığı bildirilən "Hizbullah" lideri  Həsən Nəsrullahın taleyi yerli mediada müzakirə olunur.

Azreform.info  xəbər verir ki, İsrailin "Kanal 12" telekanalı "Hizbullah" lideri Nəsrullahın hücuma məruz qalan sığınacaqda olduğunu və oradan sağ çıxmasının çətin olduğu iddia edib. Telekanal ən yaxşı halda  hücum nəticəsində yaralandığını da iddia edir.
"Walla" saytının yazdığına görə, Nəsrullahın  hücuma məruz qalan sığıacaqda olmasına  dair məlumatları getdikcə artır  və onun buradan çıxmasının çətin olduğunu  iddia edib. 
Qeyd edək ki, İsrail döyüş təyyarələri Beyrutun  Dahiyə bölgəsində  "Hizbullah"ın sıx məskunlaşdığı bir  çox binanı bombalayıb.

Hücumlar nəticəsində Dahiyə bölgəsində ənazı 6 bina dağılıb, ilkin məlumata görə, 2 nəfər həyatını itirib, 76 nəfər yaralanıb.


 Mürtəza
Azreform.info
Seçilən
1
31
azreform.info

10Mənbələr