AZ

Polis Tərtərdə maşını "bəzəyib"avtoxuliqanlıq edən sürücünü saxladı - FOTO - VİDEO

Tərtərdə avtoxuliqanlıq edərək video görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb.
 

Avtosfer.az xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan 1998-ci il təvəllüdlü Kənan Tağızadə müəyyən edilərək saxlanılıb.

Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. K.Tağızadə barəsində toplanmış material məhkəməyə göndərilib.

Qeyd edək ki, Avtosfer.az saytında bir neçə gün əvvəl 20-AB-286 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsünün bütöv xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb və lüzumsuz manevrlər etməsi barədə məlumat dərc edilmişdi.

Belə ki, sürücü avtomobilə konstruksiya dəyişikliyi edib və ön dövlət nömrə nişanını nəzərdə tutulmayan yerə vurub. O, bununla kifayətlənməyərək boyalarla avtomobilin üzərinə xoşagəlməz və sürücülərin diqqətini yayındıran ifadələr yazıb. Sürücünün mütəmadi olaraq qayda pozduğu bildirilirdi.

Seçilən
17
22
avtosfer.az

10Mənbələr