Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət millimiz yoldaşlıq görüşü keçirib.
"Football-plus.az" xəbər verir ki, U-17 millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan görüşdə meydan sahibləri 4:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 30-da ikinci yoldaşlıq matçı keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta