AZ

Premyer Liqa: bu gün "Neftçi" - "Sumqayıt" oyunu baş tutacaq

"Neftçi" bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda "Sumqayıt"ı qəbul edəcək.

Publika.az xəbər verir ki, qarşılaşma saat 19:30-da start götürəcək.

Oyunun baş hakimi Cavid Cəlilov olacaq. Hələlik qələbə qazana bilməyən paytaxt klubu 4 xalla 9-cu pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 7-ci sıradadır.

Günün ilk görüşündə "Zirə" evdə "Kəpəz"i sınağa çəkəcək. Rauf Cabarovun idarə edəcəyi matç saat 17:00-da başlayacaq.

Rəqiblərindən bir oyun az keçirən meydan sahibləri 12 xalla 5-ci yerdədir. Hazırda xalı olmayan Gəncə klubu isə sonuncu-10-cu pillədədir.

Seçilən
9
10
publika.az

10Mənbələr