AZ

Azərbaycanın tennisçilərindən beynəlxalq yarışda mükafat

Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda təşkil olunan “WTT Youth Contender” turnirində ilk mükafatlarını qazanıblar.

Rekord.az xəbər verir ki, Batumi sınaqlarının ikinci günündə əvvəlcə Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi qarışıq qoşa yarışlarında etimadı doğruldub.

16 yaşlı idmançılar U-19 yaş dərəcəsində üçüncü yeri tutublar. 13 yaşadək idmançıların şəxsi mübarizəsində isə, Onur Quluzadə 1-ci, Yağmur Məmmədli 3-cü yerə layiq görülüb.

11 ölkə stolüstü tennisçilərinin qatıldığı beynəlxalq yarışa sentyabrın 29-da yekun vurulacaq.

Seçilən
7
5
rekord.az

8Mənbələr