AZ

Yanacaqdoldurma məntəqəsində güclü partlayış: Ölənlər var

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinin kənarında yerləşən yanacaqdoldurma məntəqəsində partlayış olub.

Bakuinfo.net xəbər verir ki, bu barədə TASS şəhər meriyasına istinadən məlumat yayıb.

Dağıstanın Səhiyyə Nazirliyindən bildirilib ki, partlayış nəticəsində 3 nəfər ölüb.

Rusiya KİV-i partlayışın yanacaqdoldurma məntəqəsində yanğına səbəb olduğunu yazır.

Dağıstanın rəhbəri Sergey Melikov yanacaqdoldurma məntəqəsində partlayış baş verən yerə gəlib.

Seçilən
4
15
bakuinfo.net

10Mənbələr