Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinin kənarında yerləşən yanacaqdoldurma məntəqəsində partlayış olub.
Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS şəhər meriyasına istinadən məlumat yayıb.
Dağıstanın Səhiyyə Nazirliyindən bildirilib ki, partlayış nəticəsində 3 nəfər ölüb. vakansiya
Rusiya KİV-i partlayışın yanacaqdoldurma məntəqəsində yanğına səbəb olduğunu yazır.
Dağıstanın rəhbəri Sergey Melikov yanacaqdoldurma məntəqəsində partlayış baş verən yerə gəlib.
Telegram kanalımız