AZ

Tura 1 oyunla start verilir - Misli Premyer Liqası

Bu gün Misli Premyer Liqasında VIII tura start veriləcək.

Prosport.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Açılış matçında “Araz-Naxçıvan” Sumqayıtdakı “Kapital Bank Arena”da “Səbail”i qəbul edəcək. 19:00-da başlayacaq oyunu Rauf Allahverdiyev idarə edəcək.

Hazırda turnir cədvəlində Naxçıvan təmsilçisi 13 xalla 4-cü, Bakı klubu isə 4 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri sentyabrın 28-29-da oynanılacaq.

Seçilən
7
9
prosport.az

10Mənbələr