AZ

“Bred Pitt” qadınların 325 min avro pulunu mənimsəyib

İspaniya hakimiyyəti iki qadının 325 min avro pulunu aldatmaqla mənimsəyən, fırıldaqçılıqla məşğul olan beş nəfəri həbs edib.
 

Sfera.az bildirir ki, şübhəlilər özlərini Hollivud ulduzu Bred Pitt kimi təqdim edərək onlayn fan səhifələri və WhatsApp mesajları vasitəsilə qurbanlarla əlaqə saxlayıblar. Qurbanlar həqiqətən aktyorla romantik münasibət qurduqlarına inanıblar.
 

İspaniya Mülki Qvardiyasının bəyanatında deyilir ki, fırıldaqçılar qadınları aldadaraq onları “Oskar” mükafatlı aktyorla ünsiyyətdə olduqlarına inandıraraq hədəfə alıblar.

 

Daha sonra şübhəlilər qadınları saxta layihələrə investisiya qoymağa razı salıblar. Əndəlusdan olan bir qadın 175.000 avro aldadılıb, digər Basklı qadın isə 150.000 avro itirib.


Hücum edənlər sosial şəbəkələrdə qadınların profillərini diqqətlə öyrənərək onların zəif yerlərindən istifadə etmək üçün ətraflı psixoloji portretlər tərtib ediblər. Hər iki qadının depressiyaya düşdüyü və emosional cəhətdən qeyri-sabit olduğu bildirilir. Fırıldaqçılar da məhz bundan istifadə ediblər.
 

Zərərçəkənlərlə sırf sosial şəbəkələr vasitəsilə əlaqə saxlanılıb və qadınlar Bred Pittin özü ilə mesajlaşdıqlarına inanıblar. “Bred Pitt” onlara romantik gələcək vəd edib.
 

Əndəlüsdə polisin keçirdiyi əməliyyat nəticəsində qrup liderləri də daxil olmaqla 5 nəfər həbs edilib. Polis beş evdə aparılan axtarışlar zamanı mobil telefonlar, bank kartları, kompüterlər və qurbanları aldatmaq üçün istifadə edilən hazırlanmış ifadələrdən ibarət gündəlik müsadirə edib. Hüquq-mühafizə orqanları dələduzluq hərəkətləri nəticəsində mənimsənilən 85 min avronu geri qaytara biliblər.


Aynil
 

Seçilən
27
7
sfera.az

10Mənbələr