Hazırda Londonda yollarda yaranan avtomobil sıxlığına görə "Qarabağ" futbolçularını daşıyan avtobus tıxaca düşüb.
Referans.az axar.az-a istinadən xəbər verir ki, bu barədə CBC Sport-un məlumatında deyilib.
Bildirilib ki, bu səbəbdən "Tottenhem" - "Qarabağ" matçının gec başlayacağı ehtimal olunur.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin I turu çərçivəsində "Tottenhem" (İngiltərə) - "Qarabağ"la qarşılaşacaq. Oyun "Tottenhem Hotspur" stadionunda keçiriləcək.
Əlavə edək ki, daha əvvəl matçın Bakı vaxtı ilə saat 23:00-da başlayacağı bildirilirdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta