AZ

Azərbaycanın işgüzar turizm potensialı təbliğ edilir

Son yeniləmə: 26 Sentyabr 2024 15:05 BAYRAQDAR MEDİA – Azərbaycan Turizm Bürosunun iştirakı ilə 25-26 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “Kingdom Business & Luxury Travel Congress” tədbirində Azərbaycanın işgüzar turizm potensialı tanıdılır.Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.Bildirilib ki, “konqresdə işgüzar turizm imkanlarını tanıtmaq və bu məqsədlə Azərbaycana səfər edəcək sənaye nümayəndələrinin sayını artırmaq üçün ölkəmizi Azərbaycan Turizm Bürosu (ATB) “gümüş tərəfdaş” statusunda təmsil edir. Səudiyyə Ərəbistanının işgüzar turizm sahəsi üzrə aparıcı mütəxəssislər və agentlikləri ilə keçirilən B2B formatlı görüşlərdə Azərbaycanda işgüzar tədbirlərin təşkili üzrə mövcud infrastruktur və bütövlükdə ölkəmizin turizm potensialı haqqında məlumat verilib”.Məlumata görə, “Kingdom Business & Luxury Travel Congress” tədbirində iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl işgüzar tədbirlər destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tədbirləri və tərəfdaşları müəyyənləşdirmək, həmçinin ölkə tərəfindən tədqiqat fəaliyyətləri genişləndirmək kimi məsələlər daxildir: “Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Səudiyyə Ərəbistanından Azərbaycana ümumilikdə 76 min 861 nəfər səfər edib ki, bu da 2023-cu ilin eyni dövrü ilə müqayisədə 31%-dan çox artımdır”.

Seçilən
18
5
bayraqdar.info

6Mənbələr