AZ

TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb

Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə indiyədək 40 mlrd. kubmetrə yaxın qaz nəql olunub.

Bu barədə TAP-ın İcraçı Direktoru Luka Şipati (Luca Schieppati) İtaliya Enerji Sammiti zamanı bildirib.

“TAP 40 mlrd. kubmetrdən bir qədər az qaz nəql etməklə Avropanın tədarükünün təhlükəsizliyinə zəmanət verib”, – Luka Şipati qeyd edib.

Onun sözlərinə görə, qeyd olunan həcmin 32,8 mlrd. kubmetri İtaliyaya nəql olunub. TAP 15%-dən çox payla İtaliyanın ikinci qaz idxalı mənbəyidir.

TAP Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan təbii qazın Avropaya nəqli üzrə həyata keçirilən enerji layihələrinin kompleks dəyər zənciri olan Cənub Qaz Dəhlizinin (CQD) Avropa qoludur.

Hazırda TAP-ın səhmdarları bunlardır: BP – 20%, SOCAR (CQD) – 20%, “Snam S.p.A.” – 20%, “Fluxys” -20%, “Enagás” -20%.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Seçilən
9
25
banker.az

10Mənbələr