AZ

İranın Azərbaycana qeyri-neft məhsul ixracı artıb

Cari İran ilinin 5 ayı (20 mart -21 avqust 2024) ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə (21 mart -22 avqust 2023) müqayisədə dəyər baxımından 65%, çəki baxımından 16% artıb.

Bu barədə İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.

Statistikaya əsasən, 5 ay ərzində (20 mart -21 avqust 2024) İran Azərbaycana 298 milyon dollar dəyərində 364 min ton qeyri-neft məhsulları ixrac edib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə (21 mart -22 avqust 2023) İranın Azərbaycana qeyri-neft məhsul ixracı təxminən 181 milyon dollar dəyərində 313 min ton təşkil edib.

Statistikada deyilir ki, İran Azərbaycana, əsasən, kənd təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.

Qeyd edək ki, cari İran ilinin 5 ayı (21 mart -22 avqust 2023) ərzində İranın qeyri-neft məhsul ixracı 19,3 milyard dollar dəyərində 55,9 milyon ton təşkil edib. 5 ay ərzində İranın qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 26,5% artıb, çəki baxımından 8,55% azalıb.

Seçilən
0
4
kommersant.az

6Mənbələr