AZ

İran Azərbaycana qeyri-neft məhsul ixracı artıb

Bakı. Trend:

Cari İran ilinin 4 ayı (20 mart -21 iyul 2024) ərzində İranınAzərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə(21 mart -22 iyul 2023) müqayisədə dəyər baxımından 56%, çəkibaxımından 18,9% artıb.

Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasınaistinadən məlumat verib.

Statistikaya əsasən, 4 ay ərzində İranın Azərbaycana qeyri-neftməhsul ixracı təxminən 236 milyon dollar dəyərində təxminən 296 minton təşkil edib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İranınAzərbaycana qeyri-neft məhsul ixracı 151 milyon dollar dəyərindətəxminən 249 min ton təşkil edib.

Statistikada deyilir ki, İran Azərbaycana əsasən kəndtəsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya vəkimyəvi məhsullar ixrac edib.

Qeyd edək ki, cari İran ilinin 4 ayı ərzində İranın qeyri-neftməhsul ixracı 17,5 milyard dollar 47,9 milyon ton təşkil edib. 4 ayərzində İranın qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü iləmüqayisədə dəyər baxımından 10%, çəki baxımından 4,6% artıb.

Seçilən
35
4
az.trend.az

6Mənbələr