AZ

Şimali Koreya ABŞ seçkilərindən sonra nüvə sınağı keçirə bilər

Şimali Koreya noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra nüvə sınağı keçirə bilər.

APA “Kyodo”ya istinadən xəbər verir ki, bu barədə Milli Assambleyanın kəşfiyyat komitəsinin üzvü Li Sunq Kvon jurnalistlərə bildirib.

“ABŞ seçkilərindən əvvəl nüvə sınağının keçirilməsi ehtimalı istisna olunmasa da, bunun, daha sonra baş tutacağı gözlənilir”- deyə Li əlavə edib

Bildirilib ki, Şimali Koreya nüvə sınağı keçirsə, bu, 2017-ci ilin sentyabrından bəri ilk və yeddinci belə sınaq olacaq.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In uranın zənginləşdirilməsi obyektinə baş çəkmişdi və səfərdən sonra Pxenyan ilk dəfə nüvə silahı üçün yanacaq istehsal edən sentrifuqaların fotolarını nümayiş etdirmişdi.

Seçilən
10
2
azpolitika.info

3Mənbələr