AZ

Azərbaycan Pakistandan 4-cü nəsil JF-17C qırıcıları alıb

Azərbaycan Pakistandan JF-17C Blok 3 qırıcılarını alıb.

Hərbi təyyarə bu gün Bakıda İlham Əliyevə təqdim olunub.

Qırıcılar Pakistan və Çinin birgə istehsalıdır və bu növ qırıcıların sonuncu modifikasiyasıdır.

Prezident.az yazıb ki, bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib.

Turan agentliyinin Pakistanın hərbi nəşrinə istinadən verdiyi məlumata görə, qırıcıların satış müqaviləsi 1,6 mlrd. dollar təşkil edir.

Azərbaycanda bu rəqəmi nə təsdiq, nə də təkzib ediblər.

Nəşrin yazdığına görə, müqaviləyə təyyarələrlə yanaşı, döyüş sursatlarının tədarükünü və pilotlara təlim keçilməsi də daxildir.

Bunun Pakistanın ən böyük hərbi ixrac sövdələşməsi olduğu qeyd edilir.

Azərbaycan Myanma və Nigeriyadan sonra Pakistandan bu qırıcıları alan üçüncü ölkə olub.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
17
bbc.com

1Mənbələr