ABŞ Prezident Administrasiyası Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Prezident Co Baydenin ənənəvi olaraq Nyu-Yorkda Baş Assambleya çərçivəsində dünya liderləri və BMT nümayəndələri üçün təşkil etdiyi qəbula dəvətini ləğv edib.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə “Amerikanın səsi”nin (Voice of America, VoA) Gürcüstan xidmətinə istinadən xəbər verir.
Bundan başqa, ABŞ Prezident Administrasiyası Gürcüstan nümayəndə heyəti ilə planlaşdırılan bütün görüşləri, o cümlədən Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla danışıqları ləğv edib.
Mənbələrin məlumatına görə, buna səbəb demokratiyaya və gürcü xalqının iradəsinə hörmətsizlik nümayiş etdirən Gürcüstan hökumətinin antidemokratik hərəkəti olub.