AZ

Bayden Kobaxidzeyə dəvəti ləğv edib

ABŞ Prezident Administrasiyası Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Prezident Co Baydenin ənənəvi olaraq Nyu-Yorkda Baş Assambleya çərçivəsində dünya liderləri və BMT nümayəndələri üçün təşkil etdiyi qəbula dəvətini ləğv edib.

“İki sahil”  bu barədə “Amerikanın səsi”nin (Voice of America, VoA) Gürcüstan xidmətinə istinadla xəbər verir.

Bundan başqa, ABŞ Prezident Administrasiyası Gürcüstan nümayəndə heyəti ilə planlaşdırılan bütün görüşləri, o cümlədən Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla danışıqları ləğv edib.

Mənbələrin məlumatına görə, buna səbəb demokratiyaya və gürcü xalqının iradəsinə hörmətsizlik nümayiş etdirən Gürcüstan hökumətinin antidemokratik hərəkəti olub.

Seçilən
1
4
ikisahil.az

5Mənbələr