AZ

Bayden Gürcüstanın Baş nazirini "qapı arxasında qoyub"

Bayden

ABŞ Prezident Administrasiyası Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Prezident Co Baydenin ənənəvi olaraq Nyu-Yorkda Baş Assambleya çərçivəsində dünya liderləri və BMT nümayəndələri üçün təşkil etdiyi qəbula dəvətini ləğv edib.

Bu barədə “Amerikanın səsi” xəbər yayıb.

Bildirilib ki, bundan başqa, ABŞ Prezident Administrasiyası Gürcüstan nümayəndə heyəti ilə planlaşdırılan bütün görüşləri, o cümlədən Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla danışıqları ləğv edib.

Mənbələrin məlumatına görə, buna səbəb demokratiyaya və gürcü xalqının iradəsinə hörmətsizlik nümayiş etdirən Gürcüstan hökumətinin antidemokratik hərəkəti olubreport.
Seçilən
6
5
reyting.az

6Mənbələr