AZ

Muxtar Babayev Almaniya XİN nümayəndəsi ilə COP29-la bağlı prioritet məsələləri müzakirə edib

Bakı. Trend:

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ekologiyavə təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev vəAlmaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasətiüzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan arasındagörüş olub.

Trend xəbərverir ki, bu barədə COP29-un rəsmi "X" sosial media hesabındapaylaşım edilib.

Görüş zamanı Bakıda keçiriləcək COP29-da ümumi prioritetməsələlərin həllində gələcək tərəqqi yollarının axtarışını davametdirmək müzakirə edilib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötənil dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbuledilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Muxtar
Məqalədə:
Seçilən
21
50
az.trend.az

10Mənbələr