Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndində qeydə alınıb.
Mahir Şükürzadənin idarə etdiyi VAZ-2107 markalı avtomobil qarşıdan gələn "Tofaş" markalı avtomobillə toqquşub.
Nəticədə Mahir Şükürzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.