AZ

Azərbaycan liqalarında "transfer pəncərəsi"nin müddəti uzadılıb

Azərbaycanın futzal üzrə Yüksək və I Liqalarında yay "transfer pəncərəsi”nin müddəti uzadılıb.

Bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İştirakçı komandalar heyətə qatdıqları yeni oyunçuları oktyabrın 10-u, saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.

Qeyd edək ki, yay "transfer pəncərəsi"nin müddəti daha əvvəl sentyabrın 20-nə qədər idi.

Seçilən
0
11
cbcsport.az

10Mənbələr