AZ

Azərbaycanda transfer pəncərəsinin müddəti uzadıldı

Azərbaycanın futzal üzrə Yüksək və I Liqalarında yay transfer pəncərəsinin müddəti uzadılıb.

Sportnet.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İştirakçı komandalar heyətə qatdıqları yeni oyunçuları oktyabrın 10-u, saat 23:59-dək qeydiyyatdan keçirə bilərlər.

Qeyd edək ki, yay transfer pəncərəsinin müddəti daha əvvəl sentyabrın 20-nə qədər idi.


Seçilən
3
11
sportnet.az

10Mənbələr