Xəbər verdiyimiz kimi, sentyabrın 22-də silahla ehtiyatsız davranması nəticəsində xəsarət alan Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.
Cia.az Modern.az-a istinadən xəbər verir ki, əslən Ağdam rayonundan olan hərbçimiz Mingəçevir şəhərində məskunlaşmışdı.
O, ötən il Daxili Qoşunların Ali Hərbi Məktəbini bitirib.
Faktla bağlı araşdırma aparılır.
Allah rəhmət eləsin!
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta