Xəbər verdiyimiz kimi, sentyabrın 22-də silahla ehtiyatsız davranması nəticəsində xəsarət alan Daxili Qoşunların hərbi qulluqçusu Orxan Ağayev Şirvan şəhərində müalicə olunduğu xəstəxanada vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, əslən Ağdam rayonundan olan hərbçimiz Mingəçevir şəhərində məskunlaşmışdı.
O, ötən il Daxili Qoşunların Ali Hərbi Məktəbini bitirib.
Faktla bağlı araşdırma aparılır.
Allah rəhmət eləsin!