AZ

“Qələbə planı”nın detalları bəlli oldu

Ukrayna Prezidenti Vladimir Zelenskinin Amerika lideri Co Baydenə təqdim edəcəyi “Qələbə planı”nın detallarıməlum olub.

Belə ki, Ukrayna ordusunun Kursk bölgəsində əməliyyatını davam etdirməyi və Qərbdən xüsusi müasir silahlar almağı nəzərdə tutur. 

“Cebheinfo.az” bu barədə “The Times”-ə istinadən yazır.

Həmçinin, plana Qərb ölkələrindən Ukrayna üçün NATO-ya daxil olanda qarşılıqlı müdafiə paktına bənzər təhlükəsizlik zəmanətləri və müharibədən əziyyət çəkən ölkə iqtisadiyyatına beynəlxalq maliyyə yardımı daxildir.

Zelenskinin BMT Baş Assambleyasında çıxış edəcəyi və Baydenlə görüşəcəyi gözlənilir. 

Birləşmiş Ştatlara gəlməzdən əvvəl Ukrayna Prezidenti vurğulayıb ki, onun “Qələbə planı” Vaşinqton və digər Qərb müttəfiqlərinin sürətli dəstəyinə ehtiyac duyur. 

Ancaq bu halda Ukrayna Rusiya ilə danışıqlara birmənalı şəkildə başlaya bilər. “Gəlin bütün bunları bu gün edək, bir halda ki, Ukraynanın qalib gəlməsini istəyən bütün məmurlar rəsmi vəzifələrdədirlər”, - Zelenski deyib. 

“The Times” qeyd edir ki, Ukrayna Prezidenti ABŞ prezidentliyinə namizəd Donald Trampın Rusiyaya ərazi güzəştləri yolu ilə müharibəni dayandırmaq təklifindən sonra Amerikanın Ukraynaya dəstəyini qorumaq istəyir.

Bundan əvvəl Zelenski Kiyevin “Qələbə planı”nın beş bənddən ibarət olduğunu bildirib. 

"Bu bndlərdən dördü bizə lazım olan şeydir, biri isə müharibədən sonraya qala bilər",- deyə “NBC News”-a müsahibəsində Zelenski deyib. O əlavə edib ki, bu plan yalnız Kiyevin Qərb müttəfiqlərinin köməyi ilə həyata keçirilə bilər.

Baydendən başqa, Zelenski öz planını ABŞ prezidentliyinə namizədlərə - vitse-prezident, demokrat Kamala Harris və respublikaçı Trampa təqdim edəcək.

Qərb diplomatlarından biri “The Times” qəzetinə müsahibəsində qeyd edib ki, ABŞ-də prezident seçkiləri təkcə Ukrayna üçün deyil, həm də Rusiya Prezidenti Vladimir Putin üçün böyük əhəmiyyət kəsb edəcək:

“Əgər ruslar Vaşinqtonda Ukraynanı dəstəkləməyə davam etmək niyyətində olan hökumətin olduğu qənaətinə gəlsələr, bu, onların mümkün danışıqlara münasibətini mütləq dəyişəcək. Amma əgər onlar hiss etsələr ki, bu, onlara asan çıxış yolu təklif edən Donald Trampdır, bu, hər şeyin sonu olacaq”.

Seçilən
11
2
cebheinfo.az

3Mənbələr