AZ

"Arsenal" "Mançester Siti" üzərində qələbəni əldən verib

ngiltərə Premyer Liqasının 5-ci turunun “Mançester Siti” və “Arsenal” komandaları arasında keçirilən oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, oyun Mançesterdəki Etihad Stadiumunda (Mançester şəhəri) baş tutub. Matçı Maykl Oliverin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Doqquzuncu dəqiqədə "Mançester Siti"nin hücumçusu Erlinq Haaland hesabı açıb. 22-ci dəqiqədə "Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiori hesabı bərabərləşdirib. 45+1-ci dəqiqədə qolu qonaqların müdafiəçisi Qabriel Maqalhaes vurub. 90+8-ci dəqiqədə Con Stounz fərqlənərək görüşdə yekun hesabı müəyyənləşdirib - 2:2.

İngiltərə Premyer Liqasının 5-ci turundan sonra “Mançester Siti” 13 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. “Arsenal” 11 xalla dördüncü yerdədir.

Seçilən
18
3
90deqiqe.az

5Mənbələr