AZ

Ödəniş terminallarında tutulan komissiya qəbzdə niyə göstərilmir? – Video


Ödəniş terminallarında komissiya haqqı tutulsa da, bu, qəbzdə göstərilmir.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ölkədə fəaliyyət göstərən “MilliÖn” və “E-manat” terminallarında ödəniş edən zaman 1% komissiya tutulur.
Xüsusilə kredit ödənişlərində bu haqqın tutulduğu bildirilir.
Vətəndaşları narahat edən əsas məqam isə tutulan komissiya məbləğinin qəbzlərdə əks olunmamasıdır.
Məsələ ilə bağlı “E-manat”dan “Xəzər Xəbər”ə bildirilib ki, bu komisiya onlara aid deyil. Bildirilib ki, terminallarında ödəniş zamanı tətbiq edilən komissiya həmin xidməti gösətərn provayder tərəfindən tətbiq edilir:
“Hər hansı bir komissiya tutulursa, müştəri “İnfo” bölməsində komissiyanın bank, yaxud da “E-manat” tərəfindən tutulduğunu aydın şəkildə görə bilər”.
“MilliÖn” şirkətindən isə bəzi ödənişlərdə komissiya haqqının tutulduğu təsdiqlənərək bildirilib ki, ödəniş olunan zaman monitorda komissiya çıxılacağı ilə bağlı məlumat əks olunur:
“Bu komissiya isə bankın istəyi əsasında tətbiq edilir”.
Daha ətraflı:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
18
yeniavaz.com

10Mənbələr