AZ

BU DA ERMƏNİ NAZİRLİ FRANSA HÖKUMƏTİ...

Axır ki, böyük qalmaqallardan sonra Fransanın yeni hökumətində erməni nazirləri də görə biləcəyik...

Tezadlar.az TRT- Haber- ə istinadla bildirir ki, yeni təyin olunmuş baş nazir Mişel Barnyenin şənbə günü axşam açıqladığı yeni hökumətin tərkibində erməni əsilli iki nazir də var. Astrid Panosyan-Buve əmək və məşğulluq naziri təyin olunub. Qiyom Kasparyan isə dövlət qulluğu işləri, dövlət fəaliyyətinin sadələşdirilməsi və transformasiyası naziri vəzifəsini icra edəcək. "Demokratik Hərəkat Partiyası"ndan olan Jan-Noel Barro isə yeni xarici işlər naziri təyin edilib. O, Fransa Prezidenti Emmanuel Makronun təklifi ilə Aİ-nin çiçəklənməsi və sənaye strategiyasına cavabdeh olan Avropa Komissiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş "İntibah" partiyasından olan Stefan Sejurneni əvəzləyəcək. Müdafiə naziri postu Sebastyen Lekornuya həvalə edilib.

Beləliklə, Fransa hökumətinin yeni tərkibi bir daha Fransanın təkcə siyasətdə deyil, həm də ölkənin idarəçiliyindəki ermənipərəstliyinin mahiyyətini ortaya qoymuş oldu... Daha bundan sonra deməyək ki, doğrudanmı Makron təmiz ermənipərəstdir, ya yox?!

A.Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
15
tezadlar.az

10Mənbələr