Bərdədə köhnə məktəb binasında yanğın baş verib
Publika.az “Report”a istinadla xəbər verir ki, hadisə Birinci Qaradəmirçi kəndində qeydə alınıb.
Laçın rayonundan olan, məktəb binasında məcburi köçkün kimi məskunlaşan şəxsin yaşadığı otaqda baş verən yanğın nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.
Zərərçəkən Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.