AZ

VII çağırış Milli Məclisin ilk iclasına Ziyad Səmədzadə sədrlik edəcək

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.

Bizim.Media xəbər verir ki, buna səbəb Milli Məclisin Daxili Nizamnaməsindəki müddəa olub.

Belə ki, Nizamnamənin ikinci maddəsinə görə, Milli Məclisin ilk iclasını ən qocaman deputat aparmalıdır. VII çağırış Milli Məclisin ən yaşlı deputatı isə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilən Ziyad Səmədzadədir. Onun 84 yaşı var.

O ilk iclasda Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyacaq və Milli Məclisin sədri seçilənədək birinci iclası aparacaq.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
39
bizim.media

10Mənbələr