AZ

Azərbaycan güləş millisi Qazaxıstandakı turniri 1 dəst medalla başa vurub

Azərbaycan

Bakı, 21 sentyabr, AZƏRTAC

Qazaxıstanın Atırau şəhərində sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turniri keçirilib.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda ölkəmizi məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 3 sərbəst güləşçi təmsil edib. Onların hamısı fəxri kürsüyə qalxıb. Kənan Heybətov (70 kiloqram) bütün rəqiblərinə qalib gələrək çempion olub. Əşrəf Aşırov (79 kiloqram) gümüş, Musa Ağayev (65 kiloqram) isə bürünc medal qazanıb.

Beləliklə, komandamız turniri 1 dəst medalla başa vurub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
8
azertag.az

10Mənbələr