AZ

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak edib

Bakı. Trend:

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları"QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyinümayəndə heyəti 8-ci Beynəlxalq İpək Yolu Sərgisi və Şərqi vəQərbi Çin arasında İnvestisiya və Ticarət Forumunda iştirakedib.

Trend bu barədə ADY-yə istinadən xəbərverir.

Sərgi və forum çərçivəsində Çinin Sian quru limanı vəQazaxıstan-Çin birgə terminalına baxış keçirən ADY nümayəndə heyətiSian limanından Avropaya konteyner blok qatarının yola salınmasımərasiminə qatılıb.

Mərasimdə çıxış edən Vüsal Aslanov Çin-Avropa marşrutu üzrə blokqatarın yola düşməsini Azərbaycan və Çin arasında qarşılıqlıəlaqələrdə insanları və iqtisadiyyatları birləşdirən addım kimiqiymətləndirib.

Vüsal Aslanov Çinin "Bir Kəmər, Bir Yol” təşəbbüsünün Azərbaycantərəfindən dəstəkləndiyini, ölkənin tranzit potensialınıngücləndirilməsi üçün Prezident İlham Əliyevin müvafiqsərəncamlarına əsasən infrastruktur layihələrinə investisiyayatırılmasının davam etdirildiyini və atılan addımlarınÇin-Avropa-Çin marşrutu üzrə tranzit yük həcminin artmasına dahaböyük töhfə verəcəyini bildirib.

Tədbir çərçivəsində Çin, Qazaxıstan və Gürcüstandan olanhəmkarları ilə görüşən ADY rəsmisi artan yük həcminə uyğuninfratruktur işlərinin icrası, qatarların qrafik üzrə hərəkətinintəmin edilməsi və s. məsələləri müzakirə edib.

Siandan Orta Dəhlizlə yola salınan blok qatarın multimodalmarşrutu dəmir yolu şəbəkələri ilə yanaşı, Qazaxıstanın Altınkol vəAktau, Azərbaycanın Ələt, Gürcüstanın Poti, Bolqarıstanın Burqas,Serbiyanın Belqrad, Macarıstanın Budapeşt və Almaniyanın Duysburqvə Hamburq limanlarını əhatə edir.

Yeni marşrutun əhəmiyyəti bundan əvvəl Hamburq istiqamətinəalternativ nəqliyyat dəhlizləri ilə göndərilən konteyner yüklərininOrta Dəhlizə cəlb edilməsi ilə yük həcminin artırılmasındanibarətdir.

Qeyd edək ki, blok qatarın 20-25 gün ərzində təyinat məntəqəsinəçatması gözlənilir. Ümumilikdə Orta Dəhliz vasitəsilə 2024-cü ilinyanvar ayından başlayaraq Sian-Avropa istiqamətində mütəmadi olaraqgündəlik 1-2 qatar tərtib edilərək yola salınır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
23
az.trend.az

10Mənbələr