AZ

Sumqayıt-Bakı qatarında nə baş verib?


Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn elektrik qatarında texniki nasazlıq qeydə alınıb.

News24.az Oxu.Az-a istinadən xəbər verir ki, saat 06:50-də Sumqayıt Dəmiryol Stansiyasından hərəkətə başlayan qatar saat 07:42-də son ünvana çatmalı idi.

Lakin qatar Zabrat-2 və Zabrat-1 stansiyaları arasında dayanaraq ləngiyib. Maşinist sərnişinlərə qatarda texniki nasazlığın olduğunu bildirib.

Beləliklə, Sumqayıt-Bakı elektrik qatarı 1 saat gecikmə ilə son stansiyaya çatıb. Qatar 08:42-də Bakı Dəmiryol Stansiyasında dayanıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
13
news24.az

10Mənbələr