AZ

Paşinyan: "Ermənistan sülhə sadiqdir..."

Ermənistan-Amerika münasibətləri dinamik inkişaf edir.
 

Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda ABŞ dövlət katibinin köməkçisinin müavini Coşua Heklə görüşündə deyib.
 

Görüş zamanı Paşinyan ABŞ administrasiyasının Ermənistanda institusional islahatların həyata keçirilməsində göstərdiyi dəstəyin vacibliyini vurğulayıb. O, həmçinin Vaşinqtonun dəstəyi ilə ölkədə məqsədyönlü proqramların, o cümlədən infrastruktur layihələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
 

C. Hek Paşinyanı əmin edib ki, ABŞ Ermənistanda demokratik islahatların təşviqinə yardım etməyə davam etməyə hazırdır.

Tərəflər həmçinin Azərbaycan və Ermınistan arasında sülh müqaviləsinin müzakirəsi ilə bağlı mövzuları da müzakirə ediblər. Paşinyan əmin edib ki, Ermənistan “bölgədə sülh və sabitliyin yaradılması gündəliyinə sadiqdir”.

İnci

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
sfera.az

2Mənbələr