Avropa İttifaqı Ukraynaya yardımı çərçivəsində Ukraynaya 35 milyard avro kredit ayıracaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen sosial şəbəkədəki səhifəsində bildirib.
“Avropa Komissiyası G7 öhdəlikləri çərçivəsində Ukraynaya 35 milyard avroya qədər kredit verəcək”, - deyə o, bunun assosiasiyanın Ukraynanın bərpasına daha bir mühüm töhfəsi olduğunu vurğulayıb.
AK prezidentinin Kiyevə səfəri zamanı açıqlanan kredit G7 ölkələrinin Aİ-də dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə vəsait toplamaq üçün hazırladıqları daha geniş planın bir hissəsidir.